Ukrayna Prezident Ofisi Baxmutun ələ keçirildiyini təkzib edib

A- A A+

Ukrayna Prezident Ofisi ölkə başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

Mətbuat katibi Zelenskiyə ünvalanan sualın fərqli olduğuna işarə edib:

“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

“Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib.

Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: