Bayden F-16-da ukraynalı pilotlara təlim keçməyə razılıq verib

A- A A+

ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək barədə razılığını təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağ evin rəhbəri “G7” sammitində mətbuat konfrası zamanı bildirib.

“Zelenskiyə dedim ki, ukraynalı pilotlar dördüncü nəsil təyyarələrdə, o cümlədən F-16-da təlim keçəcəklər ki, Ukrayna özünü qoruya bilsin”, - ABŞ-nin dövlət başçısı diqqətə çatdırıb.

Xatırladaq ki, Ukrayna tərəfdaşlarını müasir təyyarələrin, o cümlədən F-16 qırıcılarının tədarükü üçün aviasiya koalisiyası yaratmağa çağırır. Müttəfiqlər, ilk növbədə, ABŞ hava hücumundan müdafiə sisteminin təmin edilməsinin vacibliyini qeyd edərək F-16-nın Ukraynaya ötürülməsi ehtimalını istisna edib.

Lakin son vaxtlar bir neçə Avropa ölkəsi aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildiriblər və ABŞ Prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlayıb. Kimin, nə vaxt və neçə təyyarənin təmin edəcəyi hələlik məlum deyil.

Bununla belə, rəsmi Kiyev koalisiya yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada peyda ola biləcəyinə eyham vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: