Ukrayna hərbçiləri Baxmut ətrafında bəzi əraziləri işğalçılardan təmizlədiyini açıqlayıblar

A- A A+

Ukraynanın 3-cü həmlə briqadası Baxmut ətrafında bəzi əraziləri işğalçı qüvvələrdən təmizlədiyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.

“1 730 m uzununa, 700 m isə içəriyə ərazi düşməndən təmizlənib. Ukraynalı döyüşçülərin əvvəllər tutduqları mövqeləri geri qaytarmağa çalışarkən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının bölmələri darmadağın edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mayın 20-dəki döyüşlərdə Rusiyanın 23 hərbçisi öldürülüb, 40 nəfər isə yaralanıb. Həmçinin qarşı tərəfin texnikası, o cümlədən tankları məhv edilib.

“Düşmən hücumlarını uğurla dəf edərək inamla irəliləyirik”, - məlumatın yekununda vurğulanıb.

Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin ələ keçirildiyini açıqlasalar da, rəsmi Kiyev bu məlumatı təkzib edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: