Çavuşoğlu: “Miqrantlarla bağlı “yol xəritəsi” hazırlanıb”

A- A A+

Türkiyə miqrantlarla bağlı “yol xəritəsi” hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Türkiyəyə gəlmiş çoxlu sayda Əfqanıstan sakinini vətəninə göndərdik, “Taliban” hakimiyyətə gəldikdən sonra da təyyarələrlə göndəririk.

Suriyalı miqrantlar Türkiyəyə vətəndaş müharibəsi səbəbilə gəliblər. 550 min suriyalı miqrant ölkəsinə geri göndərilib”, - Çavuşoğlu deyib. O, bununla belə, həmin rəqəmin kifayət etmədiyini və daha çox miqrantın ölkəsinə göndəriləcəyini vurğulayıb:

"Onları təkcə təhlükəsiz bölgələrə deyil, rejimin nəzarətində olan yerlərə də göndərməliyik. Yəni gəldikləri şəhərlərə”.

Nazir mühacirlərin təhlükəsiz qayıtması və infrastrukturun hazırlanması üçün “yol xəritəsi” üzərində çalışdıqlarını deyib: “Miqrantlar geri dönəcəklər, onları geri qaytaracağıq, amma bunu insan ləyaqətinə yaraşan şəkildə etməliyik.

Siyasi proseslərin canlandırılması, terrorla mübarizə, Suriyanın terrorçulardan təmizlənməsi və vətəndaşlarının təhlükəsiz qayıdışı həyata keçiriləcək. Bunlar hamısı bir-biri ilə əlaqəlidir".

Çavuşoğlu Türkiyədəki suriyalı kürdlərin terrorun olduğu yerə qayıtmaq istəmədiyini, terror təşkilatı PKK-nın zülmü ilə üzləşdiklərini bildirib.

O qeyd edib ki, infrastruktur miqrantların qayıdışı üçün hazırlanması və həyat təhlükəsizliyinin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) iştirak etməli və beynəlxalq ictimaiyyətin dəstək verməsi lazımdır.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Pakistan, Afrika ölkələri və digər yerlərdən Türkiyəyə qeyri-qanuni yollarla gələn bir çox qeyri-qanuni miqrantın da ölkələrinə geri göndərildiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: