Ukrayna Silahlı Qüvvələri: "Son sutkada 20 "Shahed" məhv edilib"

A- A A+

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyaya məxsus İran istehsallı 20 “Shahed” PUA-sını məhv edib.

NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, həmçinin qarşı tərəfin 4 qanadlı raketi zərərsizləşdirilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: