Nyu-Yorkdakı Türk Evinə hücum olub

A- A A+

ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, binanın şüşələri sındırılıb.

Hücumu terrorçuların həyata keçirdiyi bildirilir. Məlumata görə, binanın şüşələri dəmir alətlə sındırılıb.

Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: