Ukrayna kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinə daxil olub

A- A A+

Rusiyanın Belqorod vilayətinin Qrayvoronsk dairəsinə Ukrayna diversiya-kəşfiyyat qrupu daxil olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov hadisəni təsdiqləyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Qoşunları ilə birlikdə müvafiq tədbirlər görür.

Qubernator Qlotovo kəndində iki yerli sakinin yaralandığını bildirib. Onlardan biri ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Yerli mətbuatın yaydığı xəbərə görə, hazırda Belqorod vilayətinin Qlotovo, Kozinka, Qora-Podol yaşayış məntəqələrində döyüşlər gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: