Türkiyə prezidentliyinə namizədin seçki bloku dağılıb

A- A A+

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğanın rəhbərlik etdiyi “Ata İttifaqı" dağılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə quruma daxil olan Zəfər Partiyasından bildirilib.

Qeyd olunub ki, “Ata İttifaqı" ümumi qərar qəbul etmək və birgə addımlamaq seçimlərindən imtina edib: “Bu gündən etibarən qurumda təmsil olunanlar özləri qərar qəbul edəcəklər”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: