Sinan Oğan: "Seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik"

A- A A+

Türkiyədə prezident seçkilərinin birinci turunda 5,17 faiz səs toplayan Sinan Oğan tərəfdarlarını ikinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "ATA İttifaqı"ndan prezidentliyə namizəd Sinan Oğan bu bəyanatı yerli telekanalların efirində səsləndirib.

"Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyimi bildirirəm. Tərəfdarlarımı seçkilərdə onu dəstəkləməyə çağırıram", - deyə Sinan Oğan bəyan edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən birinci turunda "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz, "ATA İttifaqı"ndan namizəd Sinan Oğan isə 5,17 faiz səs toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: