Ermənistanda qızılcaya yoluxanların sayı artmaqda davam edir, artıq onların sayı 161 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qızılcaya yoluxanlardan 116-sı uşaqdır. Nazirlikdən o da qeyd olunub ki, xəstəliyə yoluxanların 84 nəfəri xəstəxanadan evə buraxılıb.