Ukraynada dəniz piyadaları korpusu yaradılır.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətində dəniz piyadalarını ziyarət edərkən bildirib.
O, Ukrayna dəniz piyadalarının potensialının əhəmiyyətli dərəcədə artırılması - dəniz piyada korpusunun yaradılması barədə qərarın qəbul edildiyini açıqlamaq şərəfinə nail olduğunu vurğulayıb. Volodimir Zelenski qeyd edib ki, dəniz piyadalarını müasir silahlar, texnika ilə təchiz edəcəklər.
Xatırladaq ki, mayın 23-də Ukraynada dəniz piyadaları günüdür. Əvvəllər bu gün noyabrın 16-da qeyd olunub. 2018-ci ildən isə mayın 23-ü Ukrayna Dəniz Piyadaları Günü kimi qeyd olunur. Zelenski bu günlə əlaqədar ön cəbhədə dəniz piyadalarını ziyarəti edib.