Sloveniya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb

A- A A+

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

NUHÇIXAN “Telekanal Rada” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

“Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, - Ukrayna Ali Radasının sədri vurğulayıb.

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.

Bununla əlaqədar olaraq Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin xarici işlər naziri Dmitro Kuleba Lyublyanaya təşəkkürünü bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: