ABŞ Sakit okeanda Çinin təsirini azaltmaq məqsədilə Papua Yeni Qvineya ilə saziş imzalayıb

A- A A+

Amerika Birləşmiş Ştatları və Papua Yeni Qvineya arasında yeni ikitərəfli müdafiə əməkdaşlığı sazişi imzalanıb. Analitiklər ABŞ-nin bu yolla Çinin bölgədəki təsirini məhdudlaşdırmağa çalışdığı qənaətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ dövlət katibi Entoni Blinken və Papua Yeni Qvineyanın Baş naziri Ceyms Marape Blinkenin paytaxt Port-Moresbiyə səfəri zamanı dəniz təhlükəsizliyi paktı və sazişi imzalayıblar.

Yeni müdafiə sahəsində əməkdaşlığın ABŞ-nin Papua Yeni Qvineyada hərbi və digər obyektlərə çıxışını genişləndirməsi, Vaşinqtonun Sakit okeanın cənubunda təhlükəsizlik əlaqələrini gücləndirməsi gözlənilir.

Papua Yeni Qvineya ABŞ ilə razılaşmasını qlobal təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir vaxtda öz infrastrukturunu və milli müdafiə imkanlarını təkmilləşdirmək üçün bir fürsət kimi təqdim edib.

Loui İnstitutundakı “FDC Pacific”in elmi əməkdaşı Maholopa Laveyl bildirib ki, müdafiə sazişinin imzalanması Papua Yeni Qvineyanın təhlükəsizlik tərəfdaşı kimi Avstraliya və ABŞ-ni seçdiyi Sakit Okeanın qalan hissəsinə siqnaldır.

“Müdafiə paktı və Ficinin bu ilin əvvəlində Çinlə polis hazırlığı sazişini sona çatdırması böyük qələbələrdir və böyük Sakit okean ölkələrini Çinin bölgədəki təsirini məhdudlaşdırmaq səylərində ABŞ-nin tərəfinə çəkib”, - Layvel əlavə edib.

Bu arada Avstraliya da Papua Yeni Qvineya ilə öz təhlükəsizlik müqaviləsini imzalamağa hazırlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: