Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib

A- A A+

Azərbaycanla Ermənistan arasında növbəti addım sərhədin çəkiləcəyi xəritələri müəyyən etmək olmalıdır.

NUHÇIXAN  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 24-də parlamentin iclasında deyib.

O bildirib ki, bunun üçün 1975-ci il xəritələri əsas götürülməlidir.

Hökumət başçısı 86,6 min kvadrat kilometr sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: