Putin: ABŞ yürütdüyü siyasətlə "sadəcə öz ayağına atəş açır"

A- A A+

"ABŞ qlobal iqtisadiyyatda yürütdüyü siyasətlə "sadəcə öz ayağına atəş açır".

NUHÇIXAN-ın məlumatına görə, bunu Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə əksəriyyət Rusiya Federasiyasının dünyada iqtisadi münasibətlərin daha ədalətli arxitekturasının qurulmasına yanaşmaları ilə razılaşır.

Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı üçün "çökdürücü" ssenarinin reallaşmayacağı açıq aydındır.

"Rusiya bütün ölkələrlə əməkdaşlığa həmişə məsuliyyətlə və vicdanla yanaşır və müqavilələrini tam yerinə yetirir. Rusiya beynəlxalq maliyyə sahəsində nəinki uyğunlaşmağı, həm də dəyişikliklər prosesində liderlərdən birinə çevrilməyi bacarır. Qlobal iqtisadiyyat yalnız mərkəzləşdirilməmiş beynəlxalq maliyyə sisteminin formalaşmasından faydalanacaq", - deyə Rusiya lideri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: