Türkiyə bir milyon suriyalı qaçqını vətənlərinə köçürmək üçün evlər tikir

A- A A+

Türkiyə bir milyon suriyalı qaçqının vətənlərinə qayıtması üçün Suriyanın şimalında evlər tikir.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən seçki mitinqində bildirib.

“Suriyanın şimalında 500 minə yaxın qaçqını briket evlərdə yerləşdirməyə başladıq. Vətənlərinə köçürüləcək bir milyon suriyalı qaçqın üçün evlərin tikintisi də davam edir”, - deyə Ərdoğan bildirib.

Rəsmi məlumatlara görə, Türkiyədə 3,5 milyona yaxın suriyalı qaçqın var. Müxalifət isə onların sayının 10 milyona çatdığını iddia edir. Millət İttifaqından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu deyir ki, prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda qalib gəlsə, bütün qaçqınları vətənlərinə göndərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: