Ermənistanda ali məktəbin bir qrup vəzifəli şəxsi rüşvətə görə həbs olunub

A- A A+

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Ayk Sarkisyanın, onun müavininin və digər iki müəlliminin rüşvət almaqda ittiham olunaraq saxlanılması barədə məlumat yayıb.

Bu barədə NUHÇIXAN yerli mətbuata istinadən xəbər verir.

Komitənin məlumatına görə, 2000-ci ildən dekan olan A.Sarkisyan, dosent Q.T. və digər müəllimlər, 2023-cü ilin fevral ayından mart ayına qədər müxtəlif kursların tələbələrinə müəyyən pul müqabilində qiymət yazıblar.

O cümlədən, imtahan sessiyaları zamanı müvafiq qiymətlərə görə 120 min dram alıblar. Ümumilikdə, söhbət 480 min dramdan gedir. Başqa bir halda isə rüşvət minlərlə dollar təşkil edib.

Müstəntiqin qərarı ilə Ayk Sarkisyan, onun müavini və iki müəllimi, 5 rüşvətxor saxlanılıb və onların həbsi üçün məhkəməyə vəsatət verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: