ABŞ administrasiyası Ukraynaya bir NASAMS qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi və müvafiq avadanlıqların satışı üçün 285 milyon dollarlıq müqaviləni təsdiqləyib.
NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun strukturuna daxil olan müvafiq qurum məlumat yayıb.
Müqaviləyə görə, Ukrayna bir AN/MPQ-64F1 Sentinel RLS və digər avadanlıq ala bilər.