Ukraynalı pilotların təlimlərinin ilk mərhələsi Britaniyada keçiriləcək

A- A A+

Böyük Britaniya ukraynalı pilotların qərb təyyarələrinin, xüsusən F-16 qırıcılarının idarə edilməsi üzrə təlimlərinə başlayacaq ilk ölkə olacaq.

NUHÇIXAN xəbər verir ki, “Foreign Policy” jurnalı bu barədə Böyük Britaniya parlamentinin nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, ilk mərhələdə təxminən 20 ukraynalı pilotun yerüstü baza hazırlığı, sonra isə F-16 və digər təyyarələrdə spesifik hazırlıq prosesi başlayacaq.

Ukrayna hərbçilərinin təlim prosesinə sonradan Niderland və Norveç də qoşulmaq istəyir. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pet Rayder Birləşmiş Ştatların Avropa İttifaqı ərazisində keçiriləcək təlimlərdə iştirak edəcəyini bildirib.

Bir müddət öncə NBC telekanalı ABŞ və müttəfiqlərinin Kiyevə F-16 təyyarələri verməyi planlaşdırdığını yazmışdı. Təyyarələr Vaşinqtonun müttəfiqləri vasitəsilə Ukraynaya tədarük oluna bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: