Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

A- A A+

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa, o cümlədən seçkilərin gedişinə müdaxilə edilməsinə və nifrət hissi mövzusunda ritorikaya qarşı birgə mübarizə aparmaq barədə razılığa gəliblər. Belə ki, noyabrın 12-də UNESCO-nun qərargahında keçirilən konfransın iştirakçıları “Kiberməkanda etimada və təhlükəsizliyə Paris çağırışı” adlı sənəd imzalayıblar. NUHÇIXAN www.korrespondent.net resursuna istinadən xəbər verir ki, təşəbbüs Avropa İttifaqı ölkələri, Yaponiya, Kanada, həmçinin “Facebook”, “Google” və “Microsoft” şirkətləri tərəfindən dəstəklənib. Lakin Çin, Rusiya və ABŞ sənədi imzalamaqdan imtina ediblər. Təşəbbüsün qəbul edilməsinin tərəfdarları arasında Fransa Prezidenti Emmanuel Makron da yer alıb. “Bu gün internet ekstremistlər, avtoritar rejimlər tərəfindən və ya terrorizmin təbliği üçün daha yaxşı istifadə olunur. Biz bu reallığa qarşı mübarizə aparmalıyıq”, - Fransa dövlətinin başçısı özünün “Twitter” mikrobloqunda qeyd edib. Onun fikrincə, internetin dövlət tərəfindən daha dərin tənzimlənməsini aradan qaldırmaq mümkün deyil. Fransa Prezidenti iri internet platformaları üçün onların təhlükəli kontentlə mübarizəsi üzrə öhdəliklərini genişləndirəcək yeni hüquqi status hazırlamaq təklifi ilə çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: