Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran kommisiyaya çağırılıb

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran kommisiyaya çağırılıb.

NUHÇIXAN xəbər verir ki, bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.

O deyib ki, N.Paşinyan iyun ayında komissiyada dindiriləcək. Hökumət başçısı bir çox suala cavab verməli olacaq.

Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.

Bu il may ayının 3-də komissiyanın fəaliyyət müddəti daha 3 ay uzadılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: