Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”

A- A A+

“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”.

NUHÇIXAN “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”.

H.Akar bildirib ki, terrorçuları narahat edən əsas məsələlərdən biri Türkiyənin milli müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlardır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: