Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb

A- A A+

Ukrayna hərbçilərindən ibarət 400 nəfərlik qrup Kiyevin ehtimal edilən əks-hücumu fonunda Almaniyada “Abrams” tanklarının idarə edilməsi üzrə təlimlərə başlayıb.

NUHÇIXAN xəbər verir ki, “The New York Times” qəzeti bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“Ukraynalı hərbçilər Almaniyanın “Qravenfor” və “Hoenfels” bazalarında “Abrams” tanklarının idarə edilməsi üzrə ümumqoşun təlimlərinə başlayıb”, - deyə Pentaqondan bildirilib.

Artıq bir neçə aydır ki, mətbuatda Ukrayna Silahlı Qüvvələrinin mümkün əks-hücumu mövzusu geniş müzakirə olunur. Rusiya hakimiyyətinin fikrincə, Qərb ölkələri tərəfindən Ukrayna ordusunun gözlənilən hücumunun açıq müzakirəsi onların münaqişədə bilavasitə iştirakını təsdiq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: