Hindistanda məmur mobil telefonuna görə su hövzəsini qurudub

A- A A+

Hindistanda telefonu suya düşən məmur Rajeş Vişvas Çhattisqarx əyalətindəki Herkatta su bəndinin qurudulmasını əmr edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə BBC xəbər verib.

Viş selfi çəkərkən “Samsung Galaxy S23 Ultra” suya düşüb. Dalğıcların uğursuz axtarışından sonra Vişvas 3 günlük dizel nasosunun çatdırılması və istifadəsi üçün pul ödəyib.

Rəsmi şəxs özü iddia edib ki, telefonda dövlətin məxfi məlumatları var və bundan əlavə, o, guya fermerlər üçün faydalı olan “müəyyən miqdarda suyu ən yaxın kanala axıtmaq” üçün şifahi icazə alıb.

Lakin sonda Vişvas vəzifəsindən qovulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: