Superkompüterlərin yeni reytinqi dərc edilib

A- A A+

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib. Qeyd edək ki, liderlər siyahısında cüzi dəyişiklik baş verib. Çinin "Sunway TaihuLight" sistemi ABŞ-ın "Sierra" kompüterinə uduzaraq reytinqdə ikinci pillədən üçüncüyə enib.

NUHÇIXAN "ixbt.com" saytına istinadən xəbər verir ki, ABŞ-da quraşdırılmış və hazırda 143,5 PFLOPS məhsuldarlığa malik "Summit" superkompüteri reytinqdə lider olaraq qalır. Reytinqin tərtibçiləri qeyd edirlər ki, Çin sistemlərinin payı yüksəlir. İndi Çinin superkompüterləri reytinqin 45%-ni tutur. ABŞ istehsalı olan superkompüterlərdə bu göstərici 22% təşkil edir, amma bu sistemlər orta hesabla götürdükdə daha məhsuldardır. Əgər ümumi məhsuldarlıq üzrə hesablasaq, onda ABŞ 38%-lə liderlik edir, Çin isə 31%-lə ikinci yeri tutur. Həmçinin superkompüterlərin sayına görə liderlər siyahısında Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İrlandiya yer alıb. Reytinqdə yer almış digər ölkələrdə sistemlərin sayı 10-dan azdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: