Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib - YENİLƏNİB

A- A A+

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı edib.

NUHÇIXAN xəbər verir ki, Ərdoğan Ankarada Prezident Külliyəsinin qarşısına toplaşan minlərlə seçicisinə təşəkkür edib.

“Mayın 14-də və 28-də həm daxildə, həm də xaricdə seçkilərə gedərək demokratiyamızın qüdrətini sübut etmiş hər bir vətəndaşa təşəkkür edirəm. Bu prosesdə ictimaiyyəti, partiya nümayəndələrini, seçki qutularının məsul işçilərini, müşahidəçiləri, polis əməkdaşlarını və seçkinin ən sağlam şəkildə keçirilməsi üçün çalışan hər kəsi təbrik edirəm.

Çoxpartiyalı siyasi həyatımızın ən mühüm seçkilərindən birində millətimiz Türkiyənin xeyrinə qərar verdi. Ancaq qalib olan yeganə biz deyilik, qalib Türkiyədir. Demokratiyamız qalib gəldi. Xatırlayırsınızsa, həmişə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq”

Ərdoğan bildirib ki, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır:

“İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik.

Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür.

21 ildir ölkəmizə gətirdiyimiz işlərlə, millətimizə göstərdiyimiz xidmətlərlə Türkiyənin əsrin müjdəsini verən gündür. Bunu sizinlə etdik. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamısı təbriklərini çatdırdılar və görürük ki, sabah da bu təbriklər davam edəcək. Aylardır bizə qarşı qurulan ittifaqları görmüsünüz. Kimin kiminlə olduğunu, terror təşkilatlarına qarşı dayandığımızı gördünüz”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: