Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər

A- A A+

Misir və Türkiyə qarşılıqlı şəkildə səfir təyin edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Misir Prezidenti Əbülfəttah Əl Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki qələbəsi münasibətilə təbrik edib.

Misir Prezidenti seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Başda iqtisadiyyat olmaqla Türkiyə-Misir əlaqələrini dərinləşdirəcək addımların və regional məsələlərin də müzakirə edildiyi telefon danışığında iki lider qarşılıqlı olaraq səfir təyin edilməsi barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: