ABŞ Prezidenti Co Bayden bazar ertəsi deyib ki, ölkəsi Ukraynanı rəsmi Kiyevin istədiyi silahlarla təmin etməyə davam etməlidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərin sualına cavabında bildirib.
Rusiyanın Ukraynadakı hədəflərə endirdiyi zərbələrə münasibətlə bağlı jurnalistlərin sualına Bayden belə cavab verib: “Bu, gözlənilməz deyil”.
“Buna görə də biz Ukraynaya lazım olan hər şeyi verməliyik”, - deyə o əlavə edib.