Fuat Oktay: "Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər"

A- A A+

"Yeni iqtidar dövründə vitse-prezidentlərin sayı artırıla bilər".

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni hökumətin formalaşması istiqamətində işlər davam edir: “Hazırda vitse-prezident mənəm. Yeni dövrdə 2-3 vitse-prezident də ola bilər. Qanun buna imkan verir. Bu, prezidentin qərarından asılıdır”.

F.Oktay bildirib ki, bundan sonra hakimiyyətin prioritetlərindən biri daxildəki iqtisadi durum olacaq.

Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, AK Partinin sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: