Kanadanın cənub-şərqində Yeni Şotlandiya əyalətində bazar günü başlayan meşə yanğınları səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
NUHÇIXAN xəbər verir ki, Halifaks bələdiyyəsinin məlumatına görə, yanğınlar 200-ə yaxın binaya zərər vurub. Yanğınsöndürən briqadalar alovun yayılmasının qarşısını almaq üçün səy göstərirlər. Yanğınlar səbəbindən 14 minə yaxın insan təxliyə olunub.
Mayın 6-da Alberta əyalətində başlayan meşə yanğınları səbəbindən 29 min nəfər təhlükəsiz ərazilərə köçürülmüşdü. Kanadanın hakimiyyət orqanları təbii fəlakətlə bağlı bölgədə fövqəladə vəziyyət elan etmişdi.