Ərdoğan: "Seçkilər insanların prezidentlik idarəetmə sisteminə etimadını nümayiş etdirdi"

A- A A+

“Türkiyədə mayın 14-ü və 28-də keçirilən seçkilər xalqın prezidentlik idarəetmə sisteminə etimadını bir daha nümayiş etdirdi”.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

Türkiyə lideri vurğulayıb ki, Türkiyə Nazirlər Kabinetinin tərkibinin hər 3-5 aydan bir dəyişdiyi koalisiya hökumətləri dövrü artıq birdəfəlik keçmişdə qaldı.

"Müasir Türkiyədə demokratiyanın səviyyəsi bir çox ölkələrin can atdığı səviyyəyə çatıb. Ölkəmiz bütün istiqamətlərdə inkişaf edir. Biz qarşıya qoyulan bütün məqsədlərə çatana qədər dayanmayacağıq. Bunun üçün hakimiyyətin hər üç qolunda işin ahəngdarlığı çox vacibdir”, - dövlət başçısı bildirib.

O, beynəlxalq aləmdəki böhranlara baxmayaraq, Türkiyə iqtisadiyyatının son illərdə orta hesabla ildə 5,5% artdığını xatırladıb.

Ərdoğan “Türkiyənin 100 illiyi” konsepsiyası sayəsində daha da heyrətamiz nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: