Priqojin rus generallarla bağlı araşdırma tələb edir

A- A A+

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin prokurorluğa müraciət edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

O, prokurorlardan Rusiyanın yüksək rütbəli müdafiə rəsmilərinin Ukraynadakı müharibədən əvvəl və ya müharibə zamanı hər hansı cinayət törədib-törətmədiyini araşdırmağı xahiş edib.

“Bu gün mən Rusiya Federasiyasının İstintaq Komitəsinə və Prokurorluğuna Müdafiə Nazirliyinin yüksək rütbəli funksionerləri tərəfindən xüsusi hərbi əməliyyatın (Rusiya müharibəni belə adlandırır - red.) hazırlanması və keçirilməsi zamanı cinayətin törədilməsi faktının yoxlanılması xahişi ilə məktublar göndərmişəm, - Priqojin bildirib.

O qeyd edib ki, istintaq orqanları məsələ ilə məşğul olacağı üçün həmin məktublar dərc olunmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: