Son 11 ildə İranın 11 milyon vətəndaşı yoxsullaşıb

A- A A+

Son 11 il ərzində İranın 11 milyon vətəndaşı yoxsullaşıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İran parlamentinin Araşdırma Mərkəzinin yaydığı hesabatda qeyd olunub.

Mərkəzin araşdırmasına əsasən, 2022-ci ilin avqust ayında əhalinin hiss etdiyi inflyasiyanın səviyyəsi 86 faiz olub. İran KİV mərkəzin yeni hesabatını yayaraq bildirib ki, ümumilikdə İranda yoxsulluq səviyyəsi 2005-ci ildən artmaqdadır və 2017-ci ildən indiyədək 30 faizi ötüb. Bu, 2007-ci ildə yoxsulluqla mübarizə şüarı altında keçirilən prezident seçkisində qalib gələn Mahmud Əhmədinejadın prezidentliyə başlamasından bir il sonra baş verib. Hesabata əsasən, 2022-ci ildə yoxsulluq səviyyəsi kənd yerlərində 35,6 faiz, şəhərlərdə isə 28,8 faiz təşkil edib.

Məlumata görə, mərkəz son illərdə İranda yoxsulların sayının artması ilə bağlı həmişə xəbərdarlıq edib. İran Mərkəzi Bankı inflyasiyanın 46-51 faiz olduğunu bildirib. Mərkəz isə bunu təkzib edərək real inflyasiyanın 86 faiz olduğunu vurğulayıb.

İran Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkənin 84 milyonluq əhalisinin 60 faizə yaxını nisbi yoxsulluq həddində, 20-30 milyonu isə “mütləq yoxsulluq” şəraitində yaşayır. Qeyd edək ki, İranda orta təbəqə sürətlə yoxsullaşır və onların sayı azalır. Həkimlər və bir sıra sahələrin mütəxəssisləri İranı tərk edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: