Türkiyənin müdafiə naziri: Yaxın çevrəmizdə risklər və təhdidlər artır

A- A A+

“Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) öz köklü təcrübəsi, yüksək hazırlıqlı, ixtisaslı kadrları və üstün texnologiyası ilə dünyanın qabaqcıl HHQ-ləri arasında öz yerini tutub”.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akarın Türkiyə HHQ-nin 112-ci ildönümünə həsr olunmuş təbrik mesajında bildirilib.

“Səmada fəxrimiz olan Hərbi Hava Qüvvələrimizin yaranmasının 112-ci ildönümünü coşğu və həyəcanla qeyd edirik”, - nazir qeyd edib.

Akarın sözlərinə görə, dünyada, xüsusən də yaxın çevrəmizdə risklərin, təhdidlərin və təhlükələrin artdığı, hətta gərginliyin müharibəyə çevrildiyi bir vaxtda Türkiyə dövlətinin və xalqının təhlükəsizliyini təmin etmək üçün HHQ-nin mövcudluğu zərurətdir.

“Hazırda Türkiyə HHQ öz köklü təcrübəsi, yüksək hazırlıqlı, ixtisaslı kadrları və üstün texnologiyası ilə dünyanın qabaqcıl HHQ arasında öz yerini tutub”, - Akar vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: