Almaniyada İŞİD qruplaşmasının yeddi tərəfdarı həbs olunub

A- A A+

Almaniya polisi İŞİD terror qruplaşmasının Suriya qoluna maliyyə dəstəyi verməkdə şübhəli bilinən 7 nəfəri həbs edib.

NUHÇIXAN Euronews telekanalına istinadla xəbər verir ki, dörd qadın və üç kişi terror təşkilatı üçün ianə toplayırmış. Yığılan pulun həbs edilmiş İŞİD üzvlərinin Suriyadakı düşərgələrdən qaçmasına kömək məqsədi daşıdığı ehtimal olunur.

Almaniyanın bir neçə əyalətində keçirilən əməliyyatlar zamanı saxlanılan həmin şəxslər Federal Məhkəmə qarşısına çıxarılacaq.

Saxlanılanlar arasında dörd Almaniya vətəndaşının, həmçinin bir Kosovo albanı, bir türk və bir mərakeşlinin olduğu bildirilir. Onlar həbs olunana qədər 65 000 avrodan çox pul toplayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: