İsveçrə kompaniyası Ukraynaya 96 ədəd “Leopard 1” tankı göndərmək istəyir

A- A A+

İsveçrənin “Ruag” silah kompaniyası Almaniyanın “Rheinmetall” konserninə 96 ədəd “Leopard 1” tankının mümkün satışı üçün hakimiyyət orqanlarına müraciət edib. Həmin tankların sonradan Ukraynaya göndərilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, Deutsche Presse-Agentur (DPA) agentliyi bu barədə “Ruag” silah kompaniyasına istinadla məlumat yayıb. Məlumata görə, hazırda həmin tanklar istifadəyə yararsızdır.

İsveçrənin Dövlət İqtisadiyyat Katibliyi (SECO) “Ruag” kompaniyasından müvafiq müraciət aldığını təsdiqləyib. SECO mart ayında silah kompaniyasının analoji müraciətinə rədd cavabı vermişdi.

Kompaniyanın mətbuat katibi Kirsten Hammerixin sözlərinə görə, onlar “saziş variantlarını yaxşı təhlil etmək üçün” rəsmi qərara nail olmaq istəyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: