Kiyevə qanadlı raket və kamikadze dronları ilə hava hücumu edilib

A- A A+

Kiyev iyunun 2-nə keçən gecə İran kamikadze dronlarının və qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.

NUHÇIXAN xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.

Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, iyunun 2-nə keçən gecə Rusiya hava hücumu zamanı Kiyev səmasında 30-dan çox pilotsuz təyyarə və raket vurulub. Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. Eyni vaxtda PUA-larla Kiyevə müxtəlif istiqamətlərdən hücum edilib.

Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, zərərsizləşdirilən raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində Podol rayonunda yanğın baş verib.

Həmçinin Kiyev merinin sözlərinə görə, Darnitski rayonunda hava hücumundan sonra yolun hərəkət hissəsində yanan raket parçaları tapılıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirib ki, iyunun 2-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 15 qanadlı raket, 18 kamikadze dronu atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: