Türkiyə parlamentində yeni dönəm andiçmə mərasimi ilə başlayacaq

A- A A+

Bu gün Türkiyə Böyük Millət Məclisində 28-ci dönəm başlayacaq. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, parlamentin ən yaşlı üzvü Dövlət Bağçalının sədrliyi ilə keçiriləcək ilk iclasda millət vəkilləri əlifba sırası ilə and içəcəklər.

NUHÇIXAN TRT telekanalına istinadla xəbər verir ki, Böyük Millət Məclisinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Dövlət başçısı andiçmə mərasimini onun üçün ayrılmış lojadan izləyəcək.

Cümə günü yerli vaxtla saat 14.00-da başlayacaq andiçmə mərasiminin gecə yarısına qədər davam etməsi gözlənilir. İyunun 3-də isə Prezident Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək. O, kabinetini elan etdikdən bir gün sonra yeni nazirlər Böyük Millət Məclisinə gedərək and içəcəklər.

Deputatların andiçmə mərasimi ilə parlament sədrinin seçilməsi prosesi də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: