İrəvan metrosunda yerləşdirilən qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırılıb

A- A A+

İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş “Böyük Ermənistan” xəritəsi yığışdırılıb.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, xəritənin yerləşdiyi yerə böyük ölçülü ekran yerləşdirilib.

Məsələ ilə bağlı bir qrup fəalın İrəvan metropoliteninə izahat üçün məktub yollamaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: