Rusiya hərbçiləri Zaporojyeni atəşə tutub, 2 nəfər həlak olub, 4 nəfər yaralanıb

A- A A+

Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa kəndindəki çoxmərtəbəli binanı atəşə tutub.

NUHÇIXAN “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye hərbi vilayət administrasiyasının rəhbəri Yuri Malaşko məlumat yayıb.

O bildirib ki, hücum nəticəsində 2 nəfər dinc sakin həlak olub, 4 mülki şəxs yaralanıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: