Senat ABŞ-nin dövlət borcu limiti barədə qanun layihəsini təsdiqləyib

A- A A+

İyunun 1-də ABŞ Konqresinin senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcu tavanının qaldırılması barədə qanun layihəsini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Konqresin yuxarı palatasının 63 üzvü layihənin lehinə, 36 üzvü isə əleyhinə səs verib. Təşəbbüs mayın 31-də axşam saatlarında Nümayəndələr palatası tərəfindən də dəstəklənmişdi.

Hazırda sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndərilib. O, bununla bağlı yazılı açıqlamasında senatdakı çoxluğun və azlığın liderlərinə layihəni qanunverici orqandan sürətlə keçirdiklərinə görə təşəkkürünü bildirib.

İlk dəfə 1917-ci ildə Konqres tərəfindən tətbiq olunan tavan Maliyyə Nazirliyinə müəyyən borc səviyyəsinə çatdıqdan sonra və ya müəyyən müddətə qədər hökumətin fəaliyyətinin maliyyələşməsi üçün yeni dövlət istiqrazları çap etməyə imkan vermir. ABŞ bu ilin yanvarında 31,4 trilyon borc tavanına çatdığından nazirlik limiti aşmamaq və mümkün defoltu önləmək üçün fövqəladə tədbirlər görməyə başlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: