Hindistanda etnik zəmində toqquşmalar 98 nəfərin ölümünə səbəb olub

A- A A+

Hindistanın Manipur əyalətində may ayı ərzində davam edən etnik zəmində toqquşmalar nəticəsində azı 98 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "India Today" telekanalı məlumat yayıb.

Daha əvvəl toqquşmalar nəticəsində 70-dən çox insanın öldüyü bildirilirdi.

Məlumata görə, iğtişaşlar davam etdiyi müddətdə 4000-dən çox bina yandırılıb. Minlərlə yerli sakin sığınacaq tapmaq üçün bölgəni tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Manipurda tayfalar arasında toqquşmaların baş verməsinin səbəbi Meytey tayfasından olan miqrantların ştatda qeydiyyata alınmış kasta statusu tələb etməsi ilə başlayıb. Bu status kasta üzvlərinə bir sıra imtiyazlar verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: