"Əks-hücum film deyil, onun haqqında danışmaq çətindir".
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski estoniyalı həmkarı Alar Karislə birgə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
"Bu, film deyil, əks-hücumun necə olacağını söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir. Söhbət xüsusilə işğalçı qüvvələrdən gedir. Ərazilərimizin işğaldan azad edilməsi əks-hücumun nəticəsidir", - deyə Zelenski bildirib.