Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Türkiyə lideri səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.
Ərdoğan hökumətin yeni kabinetinin bu axşam açıqlanacağını diqqətə çatdırıb: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.
Eyni zamanda dövlət başçısı ölkəsinin səsvermənin başa çatması ilə yeni yola, Türkiyə Yüz İlinə başladığını vurğulayıb.