OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər

A- A A+

OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.

NUHÇIXAN xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planları müzakirə olunacaq.

Qeyd edək ki, nazirlərin son görüşü 2022-ci ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.

Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: