Qazaxıstan 2023-cü ildə Dünya Neft Konqresinin (World Petroleum Congress - WPC) bu ölkədə keçirilməsi üçün müraciət etmək niyyətindədir.
NUHÇIXAN “atameken.kz” saytına istinadla xəbər verir ki, “Kazenergy” Assosiasiyasının sədri Timur Kulibayev Qazaxıstanın energetika sektoru üçün əlverişli olduğunu deyib.
“Ötən il Qazaxıstanın enerji sektoru üçün əlverişli il olub. Cari ildə neft emalı zavodlarının modernləşdirilməsi sayəsində daxili bazarda satışın təmin edilməsi ilə problemlər həll edilib”, - deyə o bildirib.
T.Kulibayevin sözlərinə görə, ötən il Qazaxıstan hökuməti və Energetika Nazirliyinin dəstəyi ilə 51 ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyi Dünya Neft Şurasının iclası uğurla keçirilib. Bütün nümayəndə heyətləri hazırlıq işlərinin yüksək səviyyədə olduğunu vurğulayıb və Astananın 2023-cü ildə nəzərdə tutulan Dünya Neft Konqresini də keçirə biləcəyini qeyd edib.
Qazaxıstan konqresi EXPO ərazisində keçirməyi nəzərdə tutur.