Nikol Paşinyanın oğlu oğurlanmasına cəhddən danışıb: "Avtomobildən düşməyə qoymadılar"

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan oğurlanmasına cəhd hadisəsinin necə baş verdiyindən danışıb.

NUHÇIXAN-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Qayane Akopyan və digərləri söhbətləşmək üçün onu avtomobilə dəvət ediblər, sonra düşməyə imkan verməyiblər.

"Mən dedim ki, Qayane xanım, iradəmin əleyhinə olaraq məni niyə "Yeralbur"a aparmaq istəyirsiz?", - A.Paşinyan söyləyib.

O bildirib ki, Q.Akopyan onunla görüşmək istəyirsə, telefon nömrəsinə zəng etməlidir: "Ona dedim ki, mən indi sizinlə birlikdə "Yeralbur"a getmək istəmirəm. Siz heç mənim oraya getmək istəyib-istəmədiyimi soruşmursunuz".

Paşinyanın oğlu söyləyib ki, ona qarşı ağır cinayət törədilib. O, Q.Akopyanın ev dustaqlığına buraxılmasına etiraz edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinən Q.Akopyan barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xatırladaq ki, Q.Akopyan mayın 17-də Aşot Paşinyanı qaçırmağa cəhddə şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etməyib, buna etiraz olaraq aclıq aksiyası keçirib. Mayın 20-də məhkəmə onun barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçib. O, adam oğurluğunda ittiham olunur. Bu cinayət sübut olunarsa, Q.Akopyanı 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: