Brüssel Belqoroda hücum zamanı Belçika silahlarından istifadə hallarını araşdırır

A- A A+

Ukrayna Silahlı Qüvvələri Belçikanın Kiyevə verdiyi silahlardan yalnız müdafiə məqsədilə istifadə edə bilər. Brüssel Belqoroda hücum zamanı həmin silahlardan istifadə halları barədə məlumatları ciddi qəbul edir.

NUHÇIXAN xəbər verir ki, Belçikanın Baş naziri Aleksander De Kroo KİV-ə müsahibəsində krallığın Müdafiə Nazirliyinin və Kəşfiyyat Xidmətinin faktla bağlı təhqiqata başladığını deyib.

Rusiyanın Belqorod vilayətinə hücum edən şəxslərdə Belçika silahlarının olub-olmaması barədə sualı cavablandıran Baş nazirin sözlərinə görə, Brüssel silahları Ukraynaya yalnız müdafiə üçün göndərir və bunu təmin etmək üçün sərt nəzarət mexanizmləri mövcuddur.

“Biz həmin məsələni ciddi qəbul edirik. Müdafiə Nazirliyi və Kəşfiyyat Xidməti nələrin baş verdiyini aydınlaşdırmaq üçün təhqiqata başlayıb”, - deyə Aleksander De Kroo əlavə edib.

Baş nazir məlumatın təsdiqlənəcəyi təqdirdə Brüsselin atacağı addımlar barədə suala cavab verməkdən yayınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: