Ukrayna sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyin şərtini açıqlayıb

A- A A+

Pekin Rusiyanı zəbt etdiyi bütün ərazilərdən geri çəkilməyə məcbur edə bilsə, Ukrayna müharibəni dayandırmaq üçün sülh təşəbbüsündə Çini vasitəçi kimi qəbul etməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “The Straits Times” qəzetinə müsahibəsində bildirib.

"Rusiyanın Ukrayna ilə dinc yanaşı yaşamağa hazır olduğunu mənə sübut edin. Birinci siqnal ərazilərin tam azad edilməsi olmalıdır. Qoy bizə xoşməramlılıq jesti göstərsinlər və silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarsınlar", - Reznikov belə deyib.

Müdafiə nazirinin sözlərinə görə, Çin çox güman ki, Rusiya üzərində təsir rıçaqlarına malikdir, lakin onun niyyətləri qeyri-müəyyən olaraq qalır.

Xatırladaq ki, Çin müharibədə sülhməramlı kimi çıxış etmək niyyətində olduğunu açıqlayıb və 12 bənddən ibarət “sülh planı”nı təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: