“Kaxovka su elektrik stansiyasının (SES) bəndinin partladılması Zaporojye atom elektrik stansiyası (AES) üçün təhlükə yaratmır”.
NUHÇIXAN xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tviterdə paylaşım edib.
“AEBA-nın Zaporojye AES-dəki ekspertləri vəziyyəti diqqətlə izləyirlər, stansiyada nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur”, - məlumatda deyilir.